...

TAP vasitəsilə 2023-cü ilin yay və qış aylarında qaz tədarükü ilə bağlı proqnozlar açıqlandı

Energetika Materials 19 Dekabr 2022 17:26 (UTC +04:00)

Bakı. Trend:

Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə 2022-ci il dekabrın 1-dən 2023-cü il aprelin 1-dək olan dövrdə qaz tədarükü ilə bağlı proqnozlar açıqlanıb. Bu proqnozlar 2022-ci ilin sentyabr-noyabr ayları ilə (4 milyard kubmetr) eynidir.

Trend bu barədə Oksford Enerji Tədqiqatları İnstitutuna (OIES) istinadən xəbər verir.

OIES-in son hesabatında deyilir ki, boru kəmərinin 2023-cü ilin yayında gözlənilən tədarükü 2022-ci ilin yayındakı rəqəmə (6,9 milyard kubmetr) bərabərdir.

“Yanvar-noyabr aylarında Azərbaycandan boru kəməri ilə tədarük 2,85 milyard kubmetr artıb. Ən stabil tədarüklər Azərbaycandan olub. Tədarük avqustda Trans-Adriatik Boru Kəmərinə texniki qulluq zamanı bir qədər azalıb. TAP tam gücü ilə işlədiyi üçün yaxın gələcəkdə bu marşrut üzrə tədarükü əhəmiyyətli dərəcədə artırmaq imkanı yoxdur”, - deyə hesabatda bildirilir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP hər il İtaliyaya 8 milyard kubmetr, Yunanıstan və Bolqarıstana isə 1 milyard kubmetr qaz tədarük edir.

2020-ci il dekabrın 31-də Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya tədarükü başlayıb. Azərbaycan tarixdə ilk dəfə olaraq öz təbii qazını boru kəmərləri vasitəsilə Avropa bazarına çıxarıb. Dünyanın ən böyük təbii qaz idxalçısı olan Avropa bazarına birbaşa çıxışı olan Azərbaycan özünün ixrac imkanlarını diversifikasiyalaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti