...

Bakı-Tbilisi-Ceyhan vasitəsilə neft tədarükünün həcmi açıqlanıb

Energetika Materials 11 Yanvar 2023 18:04 (UTC +04:00)
Bakı-Tbilisi-Ceyhan vasitəsilə neft tədarükünün həcmi açıqlanıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 2006-cı ildə kommersiya tədarükünün başlanmasından 2022-ci ilin sonuna kimi 5 250 tankerlə 4 milyard bareldən çox neft nəql edilib.

Trend-in "Anadolu"ya istinadən verdiyi məlumata görə, BTC 2021 və 2022-ci illərdə müvafiq olaraq dünya bazarlarına 200 milyon barel və 224,4 milyon bareldən çox xam neft çatdırıb.

Qeyd edək ki, BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 kilometri Azərbaycan ərazisindən, 249 kilometri Gürcüstan ərazisindən, 1076 kilometri Türkiyə ərazisindən keçir. Kəmərin tikintisinə 2003-cü ilin aprelində başlanmış və 2005-ci il mayın 18-də neftlə doldurulmuşdur.

Layihəni həyata keçirmək üçün 2002-ci il avqustun 1-də yaradılmış BTC Co-nun səhmdarları bunlardır: BP (30,1 faiz), SOCAR (25 faiz), MOL (8,9 faiz), Equinor (8,71 faiz), TRAO (6,53 faiz). faiz), Eni (beş faiz), TotalEnergies (beş faiz), Itochu (3,4 faiz), INPEX (2,5 faiz), ExxonMobil (2,5 faiz) və ONGC Videsh (2,36 faiz).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti