...

Azərbaycan neftinin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Energetika Materials 19 Yanvar 2023 09:38 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti müxtəlif istiqamətlərdə dəyişib
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azeri Light markasına məxsus Azərbaycan neftinin qiyməti Auqusta İtaliya limanında CIF bazasında yanvarın 18-də əvvəlki göstəriciyə nisbətən 0,06 dollar düşüb və bir barelin qiyməti 91,17 dollar təşkil edib.

Trend bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanındakı FOB bazasında Azeri Light neftini qiyməti 0,02 dollar – bir barelə görə 89,01 dollara qalxıb.

Azərbaycanın Qaradənizin rus Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS növünə məxsus neftin dəyəri əvvəlki göstərici ilə müqayisədə 1,55 dollar qalxaraq bir barelə görə 48,54 dollar təşkil edib.

Şimal Dənizindən hasil olunan Brent Dated etalon növünə məxsus neftin bir barelinin qiyməti yanvarın 18-də əvvəlki göstərici ilə müqayisədə 1,58 dollar – bir barelə görə 85,93 dollaradək qalxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti