...

Axpo Solutions AG "Şahdəniz" konsorsiumundan əldə olunan uzunmüddətli qaz satışına davam edəcək

Energetika Materials 27 Yanvar 2023 17:21 (UTC +04:00)
Axpo Solutions AG "Şahdəniz" konsorsiumundan əldə olunan uzunmüddətli qaz satışına davam edəcək
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Axpo Solutions AG "Şahdəniz" konsorsiumundan əldə olunan uzunmüddətli qaz satışına davam edəcək.

Trend-in məlumatına görə, bu barədə Axpo Group şirkətinin maliyyə direktoru Yoris Qryoflin deyib.

"Şirkətin öz payını satmaq qərarına baxmayaraq, Axpo Solutions AG "Şahdəniz" konsorsiumundan əldə olunan uzunmüddətli qaz satışına davam etdiyi müddətcə TAP konsorsiumu bizim üçün strateji tərəfdaş olaraq qalır. Hazırkı beynəlxalq kontekstdə və 2022-ci ilin yayında formalaşmış bazar şəraitini nəzərə alaraq, tədarükün təhlükəsizliyi və qazın təchizat zəncirinin diversifikasiyası İsveçrə və bütünlükdə Avropa üçün əsas prioritetlər olaraq qalmaqdadır. TAP vasitəsilə nəql olunan qaz istər ev təsərrüfatı, istərsə də biznes üçün tələb olunan yeni enerji mənbəyini təmin edir, həmçinin, isveçrəli istehlakçılar üçün tədarükün etibarlılığını artırır, - o deyib.

Qeyd edək ki, Axpo özünün Trans-Adriatik boru kəmərindəki 5 faizlik payını Fluxys и Enagas S.A. səhmdarlarına satır. Alqı-satqı müqaviləsinə əsasən Belçikanın Fluxys şirkəti Axpo səhmlərinin 1%-ni, ispaniyanın Enagás şirkəti isə 4%-ni əldə edəcək. Beləliklə, hər iki şirkət bp (20%), SOCAR (20%) və Snam (20%) şirkərlərinin də daxil olduğu TAP konsorsiumunda 20% səhm əldə edəcəklər", - şirkətin məlumatında deyilir.

Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edən TAP hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz tədarük edir.

2020-ci il dekabrın 31-i Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya tədarükü başlayıb. Azərbaycan tarixdə ilk dəfə TAP vasitəsilə öz təbii qazını Avropa bazarına nəql edib. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti