...

Neftin qiyməti dolların zəifləməsi fonunda artır

Energetika Materials 16 Fevral 2023 10:55 (UTC +04:00)
Neftin qiyməti dolların zəifləməsi fonunda artır

Bakı. Trend:

Sövdələşmə məlumatları bu gün səhər dünyada neftin qiymətinin artdığından xəbər verir.

Trend-in məlumatına görə, əvvəlki azalmadan sonra və dolların dünya valyutalarına nisbətdə ucuzlaşması fonunda kotirovkalar stabilləşməkdədir.

Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 0,43% artaraq 1 bareli 85,75 dollara, WTI markalı neftin mart fyuçerslərinin qiyməti isə 0,59% artaraq1 bareli 79,05 dollara çatıb.

Qeyd edək ki, ötən iki gün ərzində neft ucuzlaşmışdı. Buna əsasən ABŞ-ın xammal ehtiyatlarına dair məlumatlar səbəb olub. Belə ki, ABŞ Energetika Nazirliyinin məlumatlarına görə, ötən həftə ölkədə neftin kommersiya ehtiyatları həftə ərzində 16,3 milyon barelə yüksəlib.

Xatrıladaq ki, dolların indeksi bu gün 0,25% azalaraq 103,66 bəndə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti