Cəbrayıl. Trend:
Cəbrayıl enerji qovşağından min meqavata yaxın elektrik enerjisinin Avropa bazarlarına ixracı planlaşdırılır.
Trend-in məlumatına görə, bunu "Qarabağ Regional Elektrik Şəbəkəsi" MMC-nin direktoru Mircəlal Hüseynov enerji qovşağının tikintisi ilə tanışlıq məqsədilə təşkil olunan mediatur zamanı deyib.
Onun sözlərinə görə, 330 kV-luq Cəbrayıl Qovşaq yarımstansiyası Qarabağ və Şərqi Zəngəzur regionunun dayanıqlı, etibarlı elektrik təchizatını təmin edəcək.
Stansiya yaradılan meqa layihələrin tələbatını qarşılamaq, Cəbrayıl - Naxçıvan - Ağrı (Türkiyə) yarımstansiyaları ordan isə Türkiyə enerjisistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, ixrac imkanlarını artırmaq imkanı verəcək.
Qeyd edək ki, Azərbaycan-Türkiyə-Avropa Ölkələrarası Enerji Layihəsi çərçivəsində təməli qoyulan 330 kilovoltluq Cəbrayıl Qovşaq yarımstaniyasında işlər davam edir və yekunlaşmaq mərhələsinə daxil olub. İşlərin may ayına qədər başa çatdırılması nəzərdə tutulub.