...

Orta Dəhliz Polşa-Azərbaycan münasibətlərində mühüm rol oynayır - Rafal Poborski

Energetika Materials 11 Mart 2023 09:51 (UTC +04:00)
Orta Dəhliz Polşa-Azərbaycan münasibətlərində mühüm rol oynayır - Rafal Poborski
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Polşa və Azərbaycan üçün mühüm layihədir.

Bu barədə Trend-ə Polşanın Azərbaycandakı səfiri Rafal Poborski deyib.

R.Poborski Azərbaycan və Polşanın layihəni yalnız iqtisadi mülahizələrə əsaslanaraq deyil, daha çox iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafının vacibliyini anladıqları üçün inkişaf etdirməyə çalışdıqlarını qeyd edib.

"Ölkələrimiz Avropa və Asiya qitələrini birləşdirən dəhlizin iki mühüm bəndi olaraq unikal rol oynayırlar", - səfir deyib.

Səfir Avropa və Asiya arasında malların tədarükü üçün birbaşa yolların əlçatmaz olduğu hazırkı mürəkkəb geosiyasi vəziyyətdə Orta Dəhlizin artmaqda olan əhəmiyyətini vurğulayıb.

Diplomat həmçinin dəhlizin bu ilin fevral ayının 16-da Azərbaycanla Polşa arasında iqtisadi əməkdaşlıq üzrə İdarələrarası Komissiyada və nəqliyyat və logistika üzrə Azərbaycan-Polşa İşçi qrupunun martın 3-də keçirilən iclasında müzakirə mövzusu olduğunu əlavə edib.

Qeyd edək ki, hazırda Orta Dəhliz Avropaya ən qısa və ən qənaətli marşrut təklif edir.

Bu ay Azərbaycanda Orta Dəhlizin keçdiyi ölkələrin gömrük xidmətlərinin rəhbərlərinin iştirakı ilə dəhliz vasitəsilə tranzit prosedurlarının sadələşdirilməsi və unifikasiyası üzrə böyük konfransın keçirilməsi planlaşdırılır. Konfransda bu ölkələrin gömrük xidmətləri ilə birgə atılmalı addımlar müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti