...

Azərbaycan neftinin bir barelinin qiyməti 90 dolları ötüb

Energetika Materials 13 Aprel 2023 10:34 (UTC +04:00)
Azərbaycan neftinin bir barelinin qiyməti 90 dolları ötüb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 12-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,34 dollar bahalaşaraq 90,78 dollar olub.

Trend bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,39 dollar bahalaşaraq 88,85 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 2,29 dollar bahalaşaraq 58 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti aprelin 12-də 2,13 dollar bahalaşaraq 88,21 dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti