...

Şuşada elektrik enerjisi infrastrukturu üzrə görülən işlər açıqlanıb

Energetika Materials 25 May 2023 13:01 (UTC +04:00)
Şuşada elektrik enerjisi infrastrukturu üzrə görülən işlər açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşada elektrik enerjisinin paylanması üçün infrastrukturun yaradılması üzrə işlər görülür.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsinin köməkçisi Kənan Quliyev cümə axşamı Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Enerji təminatı məsələləri" İşçi Qrupunun 66-cı iclasında deyib.

Onun sözlərinə görə, bugünədək artıq 35 kilovat-saat gücündə beş elektrik stansiyası inşa olunub.

"Şuşada və Daşaltı kəndində, xüsusən Daşaltı çayının üzərində su anbarı inşa olunub, yeni nasoslar quraşdırılıb və ümumi uzunluğu doqquz kilometr olan su boru kəmərləri çəkilib", - o deyib.

O həmçinin qeyd edib ki, 2023-cü ildən başlayaraq Şuşa şəhərinin daxili yollarının layihələndirilməsi və xarici nəqliyyat kommunikasiyaları ilə inteqrasiyası üzrə işlər başladılıb.

"Bu işlər şəhərin baş planına tam uyğun şəkildə icra olunacaq. Belə ki, yolun bir hissəsi Füzuli ilə Şuşanı birləşdirəcək. Dördzolaqlı yolun inşa olunması gözlənilir", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti