...

ABŞ Azərbaycanda neft hasilatı üzrə proqnozlarını açıqladı

Energetika Materials 13 Sentyabr 2023 10:13 (UTC +04:00)
ABŞ Azərbaycanda neft hasilatı üzrə proqnozlarını açıqladı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyası İdarəsi (EIA) 2023-cü ildə Azərbaycanda gündəlik 0,63 milyon barel neft hasil olunacağını gözləyir. Əvvəlki hesabatda isə bu göstərici gündəlik 0,64 milyon barel səviyyəsində proqnozlaşdırılıb.

Trend bu barədə EIA-ya istinadən xəbər verir.

EIA 2024-cü ildə Azərbaycanda neft hasilatı üzrə proqnozunu da aşağı salıb. Belə ki, ölkədə gündəlik 0,64 milyon barel neft hasil olunacağı gözlənilir, əvvəlki hesabatda isə bu göstərici 0,65 milyon barel idi.

Qeyd edək ki, 2022-ci ilin sonlarında Azərbaycanda neft hasilatı 32,6 milyon ton (kondensatla birgə) təşkil edib. İxrac edilən neft 26 milyon tondan çox olub ki, bu da 2021-ci illə müqayisədə 4 faiz və ya təqribən 1,09 milyon ton azdır.

Bu il Azərbaycanda ümumilikdə 33,4 milyon ton neft hasil olunması planlaşdırılır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti