...

Azərbaycan-Türkiyə Enerji Forumu Naxçıvanın "yaşıl" enerji kursunun həyata keçirilməsi üçün məhsuldar platforma oldu - Pərviz Şahbazov

Energetika Materials 29 Sentyabr 2023 14:43 (UTC +04:00)
Azərbaycan-Türkiyə Enerji Forumu Naxçıvanın "yaşıl" enerji kursunun həyata keçirilməsi üçün məhsuldar platforma oldu - Pərviz Şahbazov
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Naxçıvan. Trend:

Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və “Naxçıvan - Yaşıl Enerji Zonası” konfransı Naxçıvanın Yaşıl Enerji kursunun ölkələrimiz və beynəlxalq enerji şikətləri ilə birgə reallaşdırılması üçün məhsuldar platforma oldu.

Trend xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və 1-ci “Naxçıvan - Yaşıl Enerji Zonası” beynəlxalq konfransı çərçivəsində keçirdiyi brifinqdə deyib.

"Bu gün Naxçıvan şəhərində Azərbaycan-Türkiyə enerji forumunun 3-cü iclası keçirildi. Eyni zamanda, bu gün bu forum çərçivəsində Naxçıvan yaşıl enerji beynəlxalq konfransı da keçirildi. Bilirsiniz ki, Azərbaycan Türkiyə enerji forumu çərçivəsində Azərbaycanla Türkiyə arasında enerji sahəsində əməkdaşlıq üzrə əksər məsələləri müzakirə edirik.

Ötən il ərzində bu sahələrdə görülən işləri nəzərdən keçiririk, yeni layihələri gözdən keçirir, yeni planlar qurur və yeni yol xəritələri cızırıq. Niyyətimiz Azərbaycanla Türkiyə arasında bu günə qədər olan strateji enerji əməkdaşlığını bundan sonra da inkişaf etdirməkdir.

Azərbaycan-Türkiyə enerji forumu çərçivəsində bu platformada biz həm neft-qaz, həm də elektrik enerjisi, bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi, elektrik enerjisi bazarının yaradılması və dağ-mədən sənayesi üzrə işçi qruplar çərçivəsində işlər aparırıq. Düşünürük ki, gələcəkdə də bu platformadan istifadə etməklə Azərbaycan-Türkiyə strateji enerji əməkdaşlığının inkişaf etdirilməsi üçün yeni səylər göstərəcəyik", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, ikinci Forum isə 2022-ci il 5-6 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti