Bakı. Trend:
IGB Bolqarıstanda təbii qaz istehlakının təqribən yarısını qarşılayır.
Bu barədə Trend-ə boru kəmərinin operatoru olan "ICGB" şirkətindən məlumat verilib.
"Yeni infrastruktur hazırda Bolqarıstanda təbii qazın daxili istehlak həcminin təqribən 50 faizini təmin etməklə daha geniş regionda ölkələrə təhlükəsiz təbii qaz tədarükü üçün yeni marşrut açır", - deyə şirkətdən bildiriblər.
ICGB-nin icraçı direktorları Corc Satlas və Teodora Georgiyevanın sözlərinə görə, interkonnektorun imkanlarının böyük hissəsi bron edilib.
"Enerji təhlükəsizliyini artırmaq və regionun asılılığını azaltmaq məqsədilə imkanların ildə 3 milyard kubmetrdən 5 milyard kubmetrədək genişləndirilməsinə ümid edirik", - deyən icraçı direktorlar ICGB-nin hazırda bazarın layihənin növbəti inkişaf mərhələsinə marağını öyrəndiyini əlavə ediblər.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.
Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.
(Tərcümə: Rəna Əbdürəhmanova)
X: @Lyaman_Zeyn