...

"TotalEnergies" Azərbaycan şirkətləri ilə əməkdaşlığı maksimum genişləndirməyə çalışır - İcraçı direktor

Energetika Materials 21 Noyabr 2023 13:17 (UTC +04:00)
"TotalEnergies" Azərbaycan şirkətləri ilə əməkdaşlığı maksimum genişləndirməyə çalışır - İcraçı direktor
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"TotalEnergies" Azərbaycan şirkətləri ilə əməkdaşlığı maksimum genişləndirməyə çalışır.

Trend xəbər verir ki, bunu "TotalEnergies" şirkətinin icraçı direktoru Emmanuel De-Giyebon Bakıda Neft Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə keçirilən 10-cu İllik Xəzər Texniki Konfransında deyib.

"Bizim bir çox universitetlərə tədris prosesində yardım proqramımız mövcuddur və əməkdaşlarımızı bütün dünyada fəaliyyətimizin müxtəlif istiqamətlərinə yönləndiririk. Misal üçün, azərbaycanlı əməkdaşlarımızın Afrika, Avropa və digər regionlarda fəaliyyət göstərməsini yüksək qiymətləndiririk.

Beləliklə, onlar müxtəlif fəaliyyət sahələrində təcrübə əldə edir və Azərbaycana geri döndükdən sonra bu zəngin təcrübəni burada tətbiq edirlər. Həmçinin, ölkə üçün yerli məzmunun inkişafını vacib hesab edirik - bu, yerli şirkətlərlə əməkdaşlığı nəzərdə tutur. Bu əməkdaşlığı maksimum genişləndirməyə çalışırıq, lakin bunu tələbkar şəkildə edirik.

Yerli şirkətlərlə birgə çalışaraq, onlardan da beynəlxalq şirkətlərlə eyni məhsuldarlıq gözləyirik. İnanırıq ki, bu yolla ölkənin maraqlarına ən qabaqcıl şəkildə cavab verməyə, birgə çalışdığımız şirkətlərə dair tələbləri yüksəltməyə, ölkədə rəqabətin güclənməsinə və sənayenin inkişafına imkan yaratmağa nail olacağıq", - o deyib.

Qeyd edək ki, bu gün Bakıda "SPE Xəzər Texniki konfransı" öz işinə başlayıb. 21-23 noyabr tarixlərində keçiriləcək tədbirdə dünya sənaye liderləri və texniki ekspertlər sahə üzrə səriştələrini bölüşmək, eləcə də, bu sahədəki unikal çağırış və imkanları gözdən keçirmək üçün bir araya gələcək.

Xəzər regionunun dünya energetikasının gələcək dinamikalarının formalaşmasında mühüm rolunu nəzərə alaraq, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyilə təşkil olunmuş bu konfrans ekspertlər tərəfindən seçilmiş yüksək səviyyəli proqram, regionun qarşısında duran mühüm məsələlərlə bağlı panel müzakirələr təmin edəcək və neft-qaz sahəsində ekspertlərlə netvorkinq üçün unikal imkan yaradacaq.

Proqram cari vəziyyətin qiymətləndirilməsini əhatə edəcək və investorlar, operatorlar, eləcə də servis şirkətlərinin və regiondakı dövlət orqanlarının nümayəndələrinə mühüm müzakirələr təklif edəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti