...

Avropa İttifaqında daxili enerji infrastrukturunun adaptasiyası zəruridir - Kristina Lobillo Borrero

Energetika Materials 5 İyun 2024 11:49 (UTC +04:00)
Avropa İttifaqında daxili enerji infrastrukturunun adaptasiyası zəruridir - Kristina Lobillo Borrero
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqında yeni qaz mənbələrinin şaxələndirilməsi və təmin edilməsi üçün daxili infrastrukturun adaptasiyası zəruridir.

Trend xəbər verir ki, bu barədə bu gün Avropa Komissiyası Energetika üzrə Baş İdarənin direktoru Kristina Lobillo Borrero 29-cu Bakı Enerji Forumu çərçivəsində "Enerji təhlükəsizliyinin və dayanıqlılığın təmin olunması üçün beynəlxalq əməkdaşlıq" mövzusunda panel müzakirəsində deyib.

"Avropa İttifaqında yeni qaz mənbələrinin şaxələndirilməsi və təmin edilməsi üçün mühüm addımlar atılmalıdır. Bunlardan ən əsası daha iri həcmdə qaz qəbul etmək üçün daxili infrastrukturumuzun adaptasiyasıdır. Qeyd etmək lazımdır ki, söhbət təkcə ümumi həcmin artırılmasından deyil, həm də Rusiya qazının əvəz olunmasından gedir. Rusiyadan qaz əsasən boru kəmərləri ilə daxil olur. Əməkdaşlıq etdiyimiz Aİ Rusiya qazından ən çox asılı olan ölkələrə qazın çatdırılması üçün əsas birləşmələrin səmərəli fəaliyyət göstərdiyinə zəmanət verməyə çalışır", - o deyə o bildirib.

Qeyd edək ki, 29-cu Bakı Enerji Foumunda 600-dən çox nümayəndə iştirak edir. Forumda Azərbaycanla yanaşı, Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Gürcüstan, İsrail, Hindistan, İtaliya, Qazaxıstan, Qətər, Çin, Latviya, Monako, Niderland, Norveç, BƏƏ, Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da iştirak edəcək. Bu il forumun proqramına rekord sayda (81) məruzəçi daxildir.

Forumun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu üçün vacib olan enerji məsələləri daxil ediləcək. Gündəlikdəki əsas məsələlər enerji təhlükəsizliyi, enerji keçidi və "yaşıl" enerji layihələrinin nəzərdən keçirilməsi və maliyyələşdirilməsi ilə bağlıdır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti