...

"Şahdəniz"də qaz hasilatı gələn həftə azalacaq - bp

Energetika Materials 1 Avqust 2024 14:23 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

"Şahdəniz" yatağında qaz hasilatı gələn həftə 5-9 avqust tarixləri ərzində ixrac qaz kəmərlərininə planlı texniki xidməti üzrə proqrama uyğun olaraq azaldılacaq.

Bu barədə Trend-ə "bp Azerbaijan-Georgia-Turkey"in kommunikasiyalar şöbəsinin rəhbəri Tamam Bayatlı deyib.

Qeyd edək ki, Türkiyənin "BOTAŞ" şirkəti avqustun ilk 20 günü ərzində TANAP qaz kəmərinin iki hissəsində təmir aparılacağını bnildirib.

Həmçinin, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP-da texniki xidmət aparılır.

Məlumatlı mənbədən Trend-ə bildiriblər ki, TANAP və TAP-ın fəaliyyətinin dayandırıldığı müddətdə "Şahdəniz" yatağından çıxarılan qaz Azərbaycanın qaz anbarlarına daxil olacaq.

Bu il "Şahdəniz"də sutkalıq hasilatın pik həddi gündəlik 79 milyon kubmetrdir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti