...

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

Energetika Materials 6 Sentyabr 2024 23:47 (UTC +04:00)
SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-ın “Halliburton” şirkəti arasında “Texniki xidmətlərin göstərilməsi”nə dair Sazişi imzalanıb.

Trend SOCAR-a istinadən xəbər verir ki, sazişi SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov və “Halliburton” şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Qrem Teylor imzalayıblar.

Sənəd Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Günəşli” yatağında qalıq karbohidrogen potensialının yenidən qiymətləndirilməsi və qalıq neftli zonaların dəqiqləşdirilməsi üçün müasir tədqiqatların icra edilməsi məqsədi daşıyır.

Yataq SOCAR-ın “Azneft” İstehsalat Birliyinin 28 May adına Neft-qazçıxvarma İdarəsi tərəfindən istismar olunur.

Xəbər lenti

Xəbər lenti