...

Ötən il Azərbaycanın təbii qaz ixracından əldə etdiyi gəlirlər artıb

Energetika Materials 21 Yanvar 2026 12:19 (UTC +04:00)
Ötən il Azərbaycanın təbii qaz ixracından əldə etdiyi gəlirlər artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycan 8,8 milyard ABŞ dolları dəyərində 25,2 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 413 milyon ABŞ dolları və ya 4,9% çox, həcm baxımından isə 585 milyon kubmetr və ya 2,3% azdır.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçirib.

Ötən illə müqayisədə bu göstərici 1,810 milyard ABŞ dolları və ya 3,8% artıb.

Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixrac, 24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son il ərzində ixrac 1,5 milyard ABŞ dolları və ya 5,7% azaldığı halda, idxal 3,322 milyard ABŞ dolları və ya 15,8% artıb.

Nəticədə xarici ticarətdə 663 milyon ABŞ dolları həcmində müsbət saldo yaranıb ki, bu da keçən ilki göstərici ilə müqayisədə 4,833 milyard ABŞ dolları və ya 8,3 dəfə azdır.

Ötən illə müqayisədə bu göstərici 1,810 milyard ABŞ dolları və ya 3,8% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti