...

SOCAR ilə "CITIC Construction Co.,Ltd." arasında Çərçivə Sazişi imzalanıb (FOTO)

Energetika Materials 28 Yanvar 2026 15:44 (UTC +04:00)
SOCAR ilə "CITIC Construction Co.,Ltd." arasında Çərçivə Sazişi imzalanıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:
28 yanvar 2026-cı il tarixində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "CITIC Construction Co.,Ltd."nin İdarə Heyətinin sədri Yanq Ciançiyanq ilə görüşüb.

Trend bu barədə SOCAR-a istinadən xəbər verir.

Görüşdə SOCAR ilə Çin Xalq Respublikasının müxtəlif şirkətləri arasında uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edilib. Bu xüsusda, SOCAR ilə "CITIC Construction Co.,Ltd." şirkəti arasında enerji infrastrukturu, eləcə də "downstream" layihələrin həyata keçirilməsi, birgə müəssisələrin yaradılması imkanları nəzərdən keçirilib.

Söhbət zamanı SOCAR-ın Azərbaycanda və onun hüdudlarından kənarda həyata keçirdiyi layihələr, şirkətin korporativ strateji hədəfləri barədə məlumat verilib.

Görüşdə potensial əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə şirkətlər arasında Çərçivə Sazişi imzalanıb.

Qeyd edək ki, Çinin “CITIC Construction Co., Ltd.” Şirkəti “CITIC Group”un törəmə müəssisəsi olaraq “Engineering News-Record” (ENR) tərəfindən tərtib edilən “Top 250 International Contractors” siyahısında yer alan aparıcı beynəlxalq podratçı şirkətlərdən biridir.

Şirkət onilliklər ərzində fəaliyyət strategiyasını investisiya, maliyyələşmə və layihəöncəsi xidmətləri prioritetləşdirərək mühəndislik podratçılığı vasitəsilə sənaye inkişafına təkan vermək prinsipi üzərində qurub.

Hazırda Şirkət Əlcəzair, Anqola, Venesuela, Braziliya, Argentina, Özbəkistan, Qazaxıstan, Belarus, Cənubi Afrika, Keniya, Myanma və bir sıra digər xarici bazarlarda filial və nümayəndəliklər yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti