...

GOC ARDNŞ-Ə AYDA ORTA HESABLA 30 MİLYON KUB METR QAZ SATMAĞI PLANLAŞDIRIR

Energetika Materials 22 İyun 2005 12:55 (UTC +04:00)

GobustanOperatingCompany-nin (GOC) "Cənub -Qərbi Qobustan" quru yatağından Azərbaycan tərəfinə satmaq istəyidiyi qazın minimal həcmi 9,5 milyon fud (yaxud ayda 8,13 milyon m3) təşkil edir. PSAiştirakçılarının tərkibinə daxil olan Arawak Energy -nin yaydığı məlumatda bildirilir ki, maksimal qaz satışının gündəlik həcmi 60 milyon fud qaz (yaxıd ayda 51,45 milyon m3) təşkil edir.

Sənəddə qeyd edilir ki, AR DNŞ-lə qazın "alqı-satqı" müqaviləsində qazın qiyməti 1 milyon BTUüçün 1,29milyon dollar müəyyən edilib. Hazırda GOCartıq qazkompressor stansiyasının (QKS) yaradılması layihəsi çərçivəsində Azərbaycan tərəfinə sonralar qaz satışı üçün tikinti işlərinə başlayıb. GOCilk qaz satışını 2005-ci ilin oktyabrında həyata keçirməyə hazırlaşır.

Məlumatda bildirilir ki, GOC-un 2005-ci il üçün kapital xərcləri 6,5 milyon dollar həcmində nəzərdə tutulub. Bu zaman 4 milyon dollar "Cənub-Qərbi Qobustan"da beş müxtəlif quyunun qazılmasına sərf olunacaq.

Əməliyyat törəmə şirkəti olan GOC-un əsas vəzifəsi "Cənub-Qərbi Qobustan"ınARDNŞ-lə bağlanmış PSA üzrə işlənməsidir. GOCun Commonwealth Gobustan Limited (CGL) şirkətində payı 80 %-ə bərabərdir, digərləri isə AR DNŞ-ə məxsusdur. Arawak Energy-nin CGL-də payı 37,17% -ə bərabərdir,digərləri isə ChinaNationalPetroleumCompanyşirkətlər qrupuna məxsusdur.

Xəbər lenti

Xəbər lenti