...

GOC AR DNŞ İLƏ BAĞLANMIŞ MÜQVİLƏ ÜZRƏ İŞLƏRƏ BAŞLAMAQ ÜÇÜN CƏLBEDİCİ QAZ DEBİTLƏRİNƏ MALİKDİR

Energetika Materials 23 İyun 2005 12:42 (UTC +04:00)

Layihədə iştirak edən AR DNŞ-dən Trend ə verilən məlumata əsasən, Gobustan Operating Company (GOC) şirkətinin "Cənub-Qərb Qobustan" müqavilə ərazisindən əldə etdiyi gündəlik debiti 400 min. m3 yanacaq və ya ayda 12 mln m3 təşkil edir. GOC bu həcmdə qazı yatağda müxtəlif vaxtlarda qazılmış 4 quyudan əldə edir.

2005-ci ilin oktyabrın 1-dən əməliyyat şirkəti "alqı-satqı haqqında" bağlanmış müqavilə çərçivəsində AR DNŞ-yə qaz satmağa hazırlaşır. Qazın qiyməti $1,29/1 mln BTU təşkil edir.

Hazırda "Cənub-Qərb Qobustan"ın tərkibinə daxil olan "Sahil" blokundakı "Kənizədağ" yatağında layihə dərinliyi 3800 metr olan qiymətləndirici quyunun qazılması üzrə iş gedir. Qazma işlərinin 2-3 həftəyə başa çatacağı ehtimal olunur.

GOC-un 2005-ci il üzrə xərcləri $6,5 mln həcmində müəyyənləşdirilib. $4 mln "Cənub-Qərb Qobustan"da 5 müxtəlif quyunun qazılmasına sərf olunacaq.

Xəbər lenti

Xəbər lenti