...

ARDNŞ BATUMİDƏN NEFT PARTİYASINI SATMAQ ÜZRƏ TENDER ELAN EDİB

Energetika Materials 24 İyun 2005 17:46

Trend-i buradan izləyin

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanın Batumi limanından Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) "Azəri-Çıraq-Günəşli" yatağından hasil etdiyi Azeri Light neftinin bir tanker patiyası üzrə tender elan edib. ARDNŞ-dən Trend ə verilən məlumata , tender Batumidən FOB şərti ilə 80 min ton neftin satışı üzrə elan edilib.

ARDNŞ-in nümayəndəsinin məlumatına görə, tenderin iyulun 1-də bağlanacağı gözlənilir, neft partiyasının tankerə yüklənməsi isə iyulun 20-25-nə müəyən edilib.
Batumi neft terminalı ildə 15 milyon ton neft məhsulları daşımaq imkanına malikdir. Terminal 4 körpüdə yan buy gəmiləri də daxil olmaqla 30-90 min ton tutumu olan neft tankerlərə xidmət edir. Hazırda terminalın ehtiyat parkının gücü təxminən 530 min tondur ki, bu da dəhlizdən keçən cari və proqnozlaşdırılmış daşınmalar üçün lazım olduğundan çoxdur.

İyunun əvvəlində ABƏŞ Səngəçal terminalından Azpetrol terminalına qədər birləşdirici boru kəməri vasitəsilə Azeri Light nefti nəql edib. Azpetrol nefti Azərbaycan-Gürcüstan dəmiryolu ilə Batumiyə çatdıracaq. Bu marşrutdan ABƏŞ BTC boru kəməri istismara verilənə qədər istifadə etmək niyyətindədir.

ABƏŞ-in Azərbaycan-Gürcüstan dəmiryolu ilə neft tədarükünə başlaması Bakı-Novovrossiysk kəməri ilə "Azəri-Çıraq-Günəşli" xammalının ixracını aşağı salmağa və ARDNŞ-ə iyun ayında kəmərlə 85 min ton neft daşımağa imkan verib.

Bazardakı mənbələr göstəriblər ki, iyul və avqust aylarında Azpetrol dəmiryolu ilə Batumiyə qədər iyun ayındakı kimi sutkada 40 min barel neft daşıyacaq. Sentəbr ayında ixracın ikiqat azalaraq sutkada 20 min barelə endiriləcəyi gözlənilir.

Yanvar-may aylarında Batumi neft terminalı vasitəsilə 3,39 milyon ton neft məhsulları daşınıb ki, bu da 2004-cü ilin analoji dövri ilə müqayüisədə 512 min ton çoxdur.

Xəbər lenti

Xəbər lenti