...

BARMEK AZƏRNERJİDƏN ALDIĞI ELEKTRİK ENERJİSİ ÜZRƏ VƏSAİTİ TAM ÖDƏMƏK NİYYƏTİNDƏ DEYİL

Energetika Materials 29 İyun 2005 14:10 (UTC +04:00)
BARMEK AZƏRNERJİDƏN ALDIĞI ELEKTRİK ENERJİSİ ÜZRƏ VƏSAİTİ TAM ÖDƏMƏK NİYYƏTİNDƏ DEYİL

Barmek Azerbaycan (Bakı və Sumqayıt enerjipaylaşdırma şəbəkəsinin operatoru) Azərenerji SC-dən aldığı enerji üzrə vəsaiti tam ödəmək niyyətində deyil. Bunu Barmek Azerbaycan-nın prezidenti Hüseyn Arabul iyunun 29-da bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökumətilə imzalanmış müqaviləyə əsasən, hökumət birinci kateqoriyalı abonentlərin ödəmədiyi vəsaitlərin əvəzini ödəməlidir.

"Bizim hesablamalarımıza görə, Azərsu dövlət şirkəti və "Bakmetropoliten" İB-nin borcu 180 mlrd manat ($38,2 mln), yəni ayda 15 mlrd manat ($3,18 mln) təşkil edir. Biz həmin məbləği Azerenerji SC-yə ödəmiyəcəyimiz haqqında Nazirlər Kabinetinə məktub göndərmişik", - deyə şirkətin prezidenti bildirib.

H.Arabul qeyd edib ki, şirkət hökumətə bununla əlaqədar yüzdən çox məktub göndərsə də, indiyə qədər konkret qərar qəbul olunmayıb.

"Fəaliyyətimizin 3 ili ərzində hökumət yalnız bir dəfə 66 mlrd manat həcmində qarşılıqlı hesablaşma aparıb. Hazırda həmin vəsaitlərin əvəzini bizə nəinki ödəmirlər, hətta 2007-2008-ci illərdə ödəməli olduğumuz vəsaiti tələb edirlər", - deyə Barmek Azerbaycan-nın prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti