...

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ 2006-CI İLDƏ BİR BAREL NEFTİN QİYMƏTİNİN 45-50 DOLLARDAN AŞAĞI OLMAYACAĞINI HESAB EDİR

Energetika Materials 20 Avqust 2005 13:27 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti 2006-cı ildə bir barel neftin qiymətinin 45-50 dollardan aşağı düşməyəcəyini proqnozlaşdırır. Bu barədə Trend ə şirkətdən bildirilib. Ölkə hökuməti 2006-cı ildə bir barel neftin proqnoz büdcə qiymətinin 35 dollar olacağını hesab edir.

AR DNŞ nümayəndəsinin sözlərinə görə, neftin büdcə qiymətinin artması müxtəlif xərclərə səbəb ola bilər ki, bu da sonda ölkədə inflyasiyanın artması ilə nəticələnəcək.

Neftin proqnoz büdcə qiymətinin artma tendensiyası artıq bir neçə ildir ki, davam edir. 2003-cü ildə bu göstərici 19,5 dollar, 2004-cü ildə 22 dollar, 2005-ci ildə 25 dollar təşkil etmişdi.

Nazirlər Kabinetində Trend ə bildiriblər ki, proqnozun 40 dollar məbləğində müəyyən olunmasına dair təkliflər mövcuddur, lakin büdcənin sabitliyinə əlavə zəmanətlər üçün onu qəbul etmək o qədər də vacib deyil.

Qeyd edək ki, avqustun 18-də bir barel AZERİ LT CİF neftinin qiyməti $62,44, URAL (EX-NOVO) nefti $55,31, Brent (DTD) nefti isə $61,75 təşkil edib.

Xəbər lenti

Xəbər lenti