...

DÖVLƏT NEFT ŞİRKƏTİ İKİ TENDERDƏ 215 MİN TON NEFT SATACAQ

Energetika Materials 20 Avqust 2005 13:41 (UTC +04:00)

Gürcüstanın Supsa limanından Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Azeri Light neftinin növbəti partiyasının yüklənməsi tarixi müəyyən olunub. ARDNŞ-dən Trend ə verilən məlumata görə, 1 milyon barel (135 min ton) Azeri Light neftinin Supsadan yüklənməsi sentyaəbrın 28-29-da gözlənilir.

Dövlət Neft Şirkətinin nümayəndəsinin sözlərinə görə, bu partiyanın satışı üzrə tender sentyabrın birinci ongünlüyüundə elan olunacaq. Analoji həcmdə olan bundan əvvəlki partiya Supsadan Almanyianın Select Energy GMBH şirkətinə satılıb.

ARDNŞ ümumilikdə 2005-ci ildə Supsadan ümumi həcmi 945 min ton olan 7 tanker partiyası yükləyib ki, bu da 2004-cü ilin göstəricilərinə bərabərdir. Bu il ARDNŞ-dən yüngül Azərbaycan nefti partiyalarını Glencore, Arcadia, Çexiyanın Unipetrol, Total və R-Trading şirkətləri alıb.

ARDNŞ-dən həmçinin qeyd ediblər ki, sentyabrın 29-30-da Novorossiysk limanından 80 min ton Azərbaycan neftinin yüuklənməsi nəzərdə tutulub. Yanvar-iyul aylarında ARDNŞ Novorossiyskdən 990,5 min ton Ural növündən olan neft yükləyib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 500,5 min ton azdır. 1 ton neftin Bakı-Novorossiysk boru kəmərinə vurulması üzrə tarif 15,67 dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti