...

İLİN SONUNA KİMİ BARMEK AZERBAIJAN ELEKTRİK SAYĞACLARININ QURAŞDIRILMASINI BAŞA ÇATDIRACAQ

Energetika Materials 3 Sentyabr 2005 15:24 (UTC +04:00)

Barmek Azerbaijan şirkəti ilin sonuna kimi elektrik sayğaclarının tam quraşdırılmasını başa çatdıracaq. Bu barədə Trend ə Barmek Azerbaycan-ın prezidenti Hüuseyn Arabul ekskluziv məlumat verib.

Şirkətin prezidenti qeyd edib ki, hazırda Bakıda 40 min elektrik sayğacının quraşdırılmasına ehtiyac var. "Sumqayıt enerjipaylayıcı şəbəkənyə daxil olan regionlara gəldikdə isə, burada 50 min sayğacın quraşdırılması tələb olunur. Biz bütün sayğacların quraşdırılmasını ilin sonuna kimi başa çatdıracağıq ", - deyə o qeyd edib.

Hazırda Bakıda 500 mindən artıq sayğac quraşdırılıb. Həmçinin, 2002-ci ildə 50 min, 2003-cü ildə 100 min, 2004-cü ildə isə 150 min sayğac quraşdırılıb. Təkcə cari ildə 200 mindən artıq sayğacın quraşdırılması nəzərdə tutulub.

H.Arabul həmçinin qeyd edib ki, şirkət sayğacların sayılmasının avtomatlaşdırılmış sisteminin (BASO) tətbiqinə keçib. "Artıq Bakının bir sıra yerlərində 600 BASO sistemi quraşdırılıb. Yeni sayğaclar mərkəzi sistemə elektrik ötürücüləri vasitəsilə məlumat ötürəcəklər", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti