2005-ci ildə "Neft sektorunda yaxşı idarəetmə" mövzusunda keçirilən tədbirlər seriyasında artıq ikinci olan London seminarında Britaniyanın Chatham House tədqiqatlar mərkəzi ilk dəfə olaraq vətəndaş cəmiyyətinin neft şirkətləri və neft gəlirlərinə nəzarətdə iştirakı ilə bağlı məsələni müzakirə edib. İctimai maliyyə monitorinq mərkəzinin rəhbəri İnqilab Əhmədovun Trend ə bildirdiyinə görə, belə seminar cari ilin fevralında Londonda da keçirilib.
"Birinci seminarda olduğu kimi, ikinci seminarda da milli neft şirkətlərinin idarə olunmasının effektivliyi, bu şirkətlərin transmilli neft şirkətləri ilə əməkdaşlığı müzakirəyə çıxarılıb". Bu seminarda yenilik isə vətəndaş cəmiyyətinin neft şirkətləri və neft gəlirlərinə nəzarətdə iştirakı və rolu ilə bağlı məsələlərin müzakirəsi olub.
Tədbirdə 20 ölkənin Energetika Nazirlikləri, neft şirkətləri və elmi dairələrin nümayəndələri iştirak ediblər. Növbəti belə tədbirin gələn ilin əvvəlində Londonda keçirilməsi planlaşdırılıb.