...

Azərbaycan bu həftənin sonunadək Gürcüstana elektrik enerjisi tədarükünü dayandıra bilər

Energetika Materials 25 Oktyabr 2005 17:41 (UTC +04:00)

Azərbaycan bu həftənin sonunadək Rusiyanın əvəzinə Gürcüstana ixrac etdiyi elektrik enerjisi tədarükünü dayandıra bilər.Bu barədə Trend ə Azərenerji SC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib.

Onun sözlərinə görə, bu həftə Gürcüstan tərəfi dağlıq regionlarda qəza hallarının tamamilə aradan qaldırılmasını nəzərdə tutur ki, bu da Azərbaycana Gürcüstana olan elektrik enerjisi tədarükünü dayandırmağa imkan verəcək.

"Hazırda Azərbaycanın enerji sistemi Gürcüstan ilə qarşılıqlı əlaqədə hərəkət edir və biz onlara elektrik enerjisini sutkada 1,5-2 mln kVt/s həcmində veririk" -deyə o qeyd edib.

Azərbaycan hər gün Rusiyanın enerji sisteminə qızğın vaxtlarda alınan enerjini qaytarır.Rusiya tərəfinin müraciətinə əsasən, ölkə Rusiya üçün nəzərdə tutulmuş elektrik enerjisini Gürcüstanın enerji sisteminə yönəldir.

Xəbər lenti

Xəbər lenti