...

2006-cı ilin yanvarında Azərenerji SC yeni 110 kilovoltluq "Binə" yarımstansiyasının inşasını başa çatdıracaq

Energetika Materials 28 Dekabr 2005 14:22 (UTC +04:00)

2006-cı ilin yanvarında Azərenerji SC yeni 110 kilovoltluq "Binə" yarımstansiyasının inşasını başa çatdıracaq. Bu barədə Trend ə SC-nin mətbuat xidmətində bildirilib.

Azərenerji SC-nin baş mühəndisi Saleh Məmmədovun sözlərinə görə, bu obyektin istismara verilməsi Bakı şəhərinin Əzizbəyov rayonunun yaşayış məntəqələrinin enerji təchizatının keyfiyyətini xeyli artıracaq.

Hazırda Azərenerji SC-nin xüsusi hesabına tikilən "Binə" yarımstansiyasında tamamlama əməliyyatları aparılır. S.Məmmədovun sözlərinə görə, adıçəkilən obyekt aparıcı xarici şirkətlərin mükəmməl avadanlığı ilə təchiz olunub və dünya standartlarına uyğundur.

Xəbər lenti

Xəbər lenti