...

Barmek Azərbaycan dekabrda 428,2 milyon manat ödəyib

Energetika Materials 9 Yanvar 2006 16:17 (UTC +04:00)

Barmek Azərbaycan (Bakı və Sumqayıtın enerjipaylayıcı şəbəkələrinin operatoru) şirkəti abunəçilərin şikayətləri üzrə Komissiyanın vasitəsilə dekabrda satılan elektrik enerjisinə görə 428,246 mln manatdan artıq vəsaitin ödənməsini təmin edib. Şirkətdən Trend ə verilən məlumata görə, həmin vəsaitdən 321 002 727 manat Bakı enerjipaylayıcı şəbəkənin abunəçilərinin və 98 144 000 manat isə Sumqayıtın enerji paylayıcı şəbəkəsinin abunəçilərinin, Elektrik Enerjisinin satışı üzrə Xaçmaz regional İdarəsinin abunəçilərinin payına 9 099 889 manat düşüb.

Göstərilən dövrdə komissiyaya Bakıdan 3817 abunəçi müraciət edib ki, onlardan 3666-ı əhali, 151-i bu kateqoriyaya daxil olmayanlardır. 1214 abunəçi ilə razılaşma protokolu imzalanıb.

Sumqayıtda komissiyaya müraciət edən abunəçilərin sayı 1438 nəfər olub ki, onlardan 1388-i əhali, 50-si əhali kateqoriyasına daxil olmayan abunəçilərdir. 1038 abunəçilər tərəfindən razılaşma protokolu imzalanıb.

Xəbər lenti

Xəbər lenti