...

Şəki və Xaçmazdakı modul elektrik stansiyalarının tikintisi sentyabrın sonlarına kimi başa çatdırılacaq

Energetika Materials 15 Fevral 2006 13:08 (UTC +04:00)

Avqust -sentyabr aylarında "Azərenerji" səhmdar cəmiyyəti Azərbaycanda modul elektrik stansiyalarının tikintisinin baş podratçısı ilə birgə Şəki və Xaçmazdakı iki stansiyanın tikintisini başa çatdıracaq. Trend in məlumatına görə, bu barədə səhmdar cəmiyyətin mətbuat mərkəzindən məlumat verilib.

Bu il fevralın 3-dən Azərbaycanın Astara rayonunda bu tip stansiya işləməyə başlayıb. Azərbaycan prezidentinin sərəncamına görə, "Azərenerji" SC-nə Bakıda və ölkənin Naxçıvan, Astara, Xaçmaz və Şəki rayonlarında quraşdırılacaq 52 qurğunun tikintisini və təhvil verilməsini təmin etmək tapşırılıb. 2006-cı ildə 12 belə elektrik stansiya (Bakı İEM-nin ərazisində 2, Naxçıvanda 10, Şəki və Xaçmazda 10) tikiləcək. Onlar "Azəriqaz" QSC-nin verəcəyi təbii qazla işləyəcəklər. Bu elektrik stansiyaları hər birinin gücü 8,7 MVt təşkil edən enerji modullarından ibarət olacaq.

Bu elektrik stansiyalarının tikintisi Azərbaycanda elektrik enerjisi istehsalının həcmini 450-460 MVt artırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti