...

Azərbaycan energetika sahəsində tənzimləyici orqan yaratmaq niyyətində deyil

Energetika Materials 16 Fevral 2006 13:58 (UTC +04:00)

Azərbaycan hökuməti PA Consulting şirkətinə respublikanın energetika sahəsində ayrıca tənzimləyici orqan yaratmaq niyyətində olmadığını bildirib. Trend in xəbər verdiyi kimi, bu barədə fevralın 16-da şirkətin Azərbaycanın energetika sektoruna texniki yardım layihəsinin rəhbəri MakNil Uotkins məlumat verib.

Onun sözlərinə görə, hökumətdən bildirilib ki, belə orqanın rolunu ölkənin Tarif (qiymət) Şurası icra edəcək. Hazırda əsasnaməsinin keçən ilin dekabrında prezident tərəfindən təsdiqləndiyi bu orqanın formalaşdırılması prosesi gedir. Gələcəkdə o, bütün subyektlər arasında münasibətləri nizama salan tənzimləyici orqan kimi fəaliyyət göstərəcək.

M.Uotkinsin sözlərinə görə, bu orqanın yaradılması üzərində iş 2 il davam edib. O, ölkənin energetika sektorunda münasibətləri nizama salmalı, həmçinin, tarif məsələlərini həll etməli idi.

Bu il PA Consulting şirkəti Tarif Şurası ilə tarif, Sənaye və energetika nazirliyi ilə isə lisenziya məsələləri ilə bağlı işləri davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti