...

AR DNŞ Novorossiysk limanından neftin satışı üzrə tenderi bağlı elan edib

Energetika Materials 9 Mart 2006 11:57 (UTC +04:00)

Azərbaycan Dövlət Neft şirkəti 2006-cı ilin martında Novorossiysk limanından 85 min ton Ural növlü neftin satışı üzrə tenderi bağlı elan edib. Bu barədə Trend ə AR DNŞ-dən məlumat verilib. Tenderin qalibi Glencore Energy UK LTD neft treyderidir.

"Neft partiyasının martın 30-31-də yüklənəcəyi gözlənilir", - deyə şirkətdən bildirilib.

2005-ci ildə AR DNŞ Novorossiyskdən 2004-cü ildə 2,559 mln tona qarşı 1,631 mln ton neft yükləyib. 2005-ci ilin dekabrında limandan 2004-cü ilin dekabrında 166,3 min tona qarşı 86,5 min ton neft yüklənib. 2006-cı ilin yanvar-fevral aylarında 84 639 min ton Ural növlü neft yüklənib.

2005-ci ildə Glencore treyderi AR DNŞ-dən daha çox neft (557 min ton) alıb. 2-ci yerdə 464 min ton neftlə LUKOIL gəlir.

2006-cı ilin əvvəllərindən AR DNŞ-dən aşağıdakı şirkətlər neft alıb:

Yanvar - Glencore Energy (85 min ton);

Fevral - Taurus Petroleum (140 min ton);

Fevral - Glencore Energy (60 min ton);

Mart- Glencore Energy (85 min ton).

Xəbər lenti

Xəbər lenti