Hazırda Azərbaycan Naxçıvan Muxtar Respublikasına verilən elektrik enerjisinə görə Türkiyəyə olan borcunu İran variantı üzrə qaytarmaq iqtidarında deyil. Trend in məlumatına görə, bu barədə "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib. Bunun nəticəsində $157 mln məbləğində borc yaranıb.
Hazırda Türkiyə tərəfi NMR-na 40-50 MVt -a yaxın elektrik enerjisi verir. Öz növbəsində İran tərəfi Naxçıvana 110-120 MVt elektrik enerjisi tədarük edir. Lakin bu həcm İrana Azərbaycandan 13 % itki nəzərə alınmaqla qaytarılır.