...

JICA ekspertləri "Şimal" elektrik stansiyasında birinci buxar qaz qurğusunun inşası vəziyyətinin qiymətləndirilməsi ilə bağlı hesabatın hazırlanmasında iştirak edəcək

Energetika Materials 17 Mart 2006 11:38 (UTC +04:00)

Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) ekspertləri "Şimal" elektrik stansiyasında birinci buxar qaz qurğusunun inşası vəziyyətinin qiymətləndirilməsi ilə bağlı hesabatın hazırlanmasında iştirak edəcək. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji" SC-nin məlumatında deyilir.

"Azərenerji"nin istehsalat-texniki şöbəsinin rəisi Təyyar İbrahimovun sözlərinə görə, dünya üzrə qəbul olunmuş prosedura əsasən, kredit verən bank layihə başa çatdıqdan sonra müəyyən vaxt ərzində ayrılmış vəsaitlərin məqsədyönlü istifadəsinin araşdırılması prosesini davam etdirir ki, bu da tərəfdaşla münasibətdə gələcək maliyyə siyasətinin fomalaşdırılmasına kömək edir.

"Şimal" ES-də birinci BQQ-nin inşası üçün kredit Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) tərəfindən ayrılıb. Stansiya 2002-ci ilin sonunda istismara verilib.

2006-cı ildə burada ikinci analoji BQQ-nin inşasına başlanması gözlənilir. Müvafiq kredit sazişi isə yenə də JBİC ilə imzalanıb.

Martın sonunadək JBIC və JICA birgə missiyaları Bakıya səfər edəcək. Səfər zamanı hesabatın hazırlanması üzrə qarşılıqlı fəaliyyətin detalları razılaşdırılacaq. "Əsas vəzifə yeni layihədə vəsaitlərin son dərəcə məqsədyönlü və səmərəli istifadəsi üçün müstəqil ekspertiza tərəfindən elektrik stansiyasının istehsal fəaliyyətini öyrənərək "çatışmazlıqları" aşkar etməkdir. Yekun hesabatın hazırlanması üçün 1-2 ay lazım olacaq", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti