...

McDermott ən yaxşı təchizatçıları mükafatlandırıb

Energetika Materials 25 Mart 2006 13:24 (UTC +04:00)

McDermott Caspian Contractors, Inc. (MCCI) təchizatçı şirkətlərin birinci forumunu keçirib. Trend in xəbər verdiyi kimi, şirkətin press-relizində deyilir ki, forumun keçirilməsində məqsəd McDermott şirkətinin iş təcrübəsi haqqında təchizatçılara və tədarükçülərə məlumat vermək olub. Buna əlavə olaraq, 4 şirkət keyfiyyət, təhlükəsizlik texnikası, sağlamlıq və ətraf mühitin mühafizəsi sahələrindəki əməyinə görə mükafatlandırılıb.

CRC 11, EMM Caspian Ltd, MAGPİ və R&M Caspian şirkətləri "2005-ci ilin ən yaxşı təchizatçıları" adına layiq görülərək mükafatlandırılıb. Namizədliyi həm istehsalat-hazırlama işləri, həm də dəniz əməliyyatları bölmələri tərəfindən irəli sürülmüş bu şirkətlər səmərəli işə, eləcə də xidmətlərin sifarişçiyə vaxtında çatdırılması ilə bağlı şərtlərə daim riayət edərək şirkətin plan və texniki tələblərinə uyğun fəaliyyət göstərdiyinə görə seçilib.

MCCI-nin Azərbaycandakı təchizatçılarının və subpodratçılarının yarıdan çoxunu yerli şirkətlər təşkil edir. Buraya dövlət və fərdi, kiçik və orta, həmçinin, birgə müəssisələr daxildir. Layihə ilə bağlı alınan bütün materialların və xidmətlərin 70%-dən çoxu azərbaycanlı təchizatçıların və tədürükçülərin payına düşür.

MCCI "Azəri-Çıraq-Günəşli" yatağının işlənib hazırlanması çərçivəsində birləşmiş göyərtələrin inşasını və sualtı boru kəmərlərinin çəkilişini və s. həyata keçirir.

Xəbər lenti

Xəbər lenti