...

"Azərenerji" Mingəçevir SES-də planlı təmir aparacaq

Energetika Materials 29 Mart 2006 12:39 (UTC +04:00)

Aprelin əvvəlində Mingəçevir SES-də planlı təmir aparılacaq. Trend in məlumatına görə, bu barədə "Azərenerji"nin mətbuat xidməti bildirir. Bu işlər çərçivəsində enerjipaylayıcı qurğularda işlər aparılacaq. 18,3 kV və 0,4 kV hissələrdə birinci bölmədə elektrik açarlarının cari və əsaslı təmiri başlayacaq. Həmçinin suaşıran kanalın təmiri, suaşıran kran mexanizminin təftişi və sazlanması və digər işlər aparılacaq.

Bu həftə həmçinin Azərbaycanın AZENCO şirkəti tərəfindən həyata keçirilən Şəki modul elektrik stansiysında əsas avadanlıqların özüllərinin betonlaşdırılması işləri aparılacaq.

Xəbər lenti

Xəbər lenti