...

Azərbaycan və Qazaxıstan arasında BTC üzrə danışıqların tarixi müəyyən edilib

Energetika Materials 6 Aprel 2006 14:01 (UTC +04:00)

Neftin Bakı-Tiflis-Ceyhan boru kəməri ilə birgə nəqlinə dair Azərbaycan-Qazaxıstan hökumətlərarası sazişi mayın əvvəlində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin rəhbərlərinin sammitində imzalana bilər.

Qazaxıstanın Azərbaycandakı səfiri Andar Şukputovun Trend ə verdiyi məlumata görə, bu, sazişin hazır olduğu təqdirdə mümkün ola bilər. "Əgər saziş həmin vaxtadək hazır olmasa, onda sənəd Ceyhanda keçiriləcək mərasimdə imzalana bilər", - deyə o bildirib.

Səfirin sözlərinə görə, aprelin 20-də Bakıda Azərbaycan və Qazaxıstan arasında sazişin hazırlanması ilə bağlı danışıqların aparılması nəzərdə tutulur. Bu danışıqlarda Qazaxıstan tərəfini ölkənin energetika və təbii sərvətlər naziri Baktıkoja İzmuhambetov təmsil edəcək.

Diplomat qeyd edib ki, aprelin əvvəllərində "Kazmunayqaz" NŞ QSC-nin vitse-prezidenti Kairgelda Kabıldin Bakıda olub və işçi qrupu sazişlə bağlı bir sıra məsələləri müzakirə edib.

Layihə çərçivəsində Aktau-Bakı marşrutu ilə 2010-cu ildən tez olmayaraq sutkada 500 min barel neftin nəqli gözlənilir. Qazaxıstan ərazisində Kurık kəndinədək sutkada 750 min barel neft daşıma qabiliyyətinə malik boru kəmərinin çəkilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti