...

BP "Qərbi Azəri"dəki 3-cü qabaqlayıcı qurğunu işə salıb

Energetika Materials 6 Aprel 2006 19:58 (UTC +04:00)

BP şirkəti "Qərbi Azəri" yatağında 3-cü qabaqlayıcı qurğunu işə salıb. Bu barədə Trend ə BP Azerbaijan şirkətindən məlumat verilib. Bununla əlaqədar, hasilatın sutkalıq debiti 60 min barelə qədər artıb.

Bu yataqda hasilat bu ilin yanvarından başlayıb. Bu, nəzərdə tutulan müddətdən bir neçə ay əvvəl baş verib.

Bu il "Qərbi Azəri"nin işə salınması və "Mərkəzi Azəri"də qazma işlərinə başlanılması ilə əlaqədar "AÇG" də hasilatın sutkada 458 min barel səviyyəsinə çatacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti