...

ARDNŞ "Qərbi Abşeron" strukturunda öncəqazma quyusunun qazılmasını başa vurur

Energetika Materials 25 Aprel 2006 15:00 (UTC +04:00)

Yaxın vaxtlarda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azneft" İstehsalat Birliyi "Qərbi Abşeron" strukturunun cənub hissəsində öncəqazma quyunun qazılmasını başa çatdırmağı planlaşdırır. Hazırda artıq 600 metr qazılıb. ARDNŞ-dən Trend agentliyinə verilən məlumata əsasən, quyunun layihə dərinliyi 850 metrdir.

Qazma işləri "Xəzər" qazma qurğusundan gerçəkləşdirilir. Quyu qazıldıqdan sonra konservasiya olunacaq. ARDNŞ yatağın həmin hissəsində qiymətləndirici quyu qazmağı planlaşdırır. Qazma işləri "Abşeron" qurğusundan gerçəkləşdiriləcək. Quyunun layihə dərinliyi təxminən 750 metrdir.

ARDNŞ-də hesab edirlər ki, açıq yatağ işlənilmək üçün daha səmərəlidir. Bu, yatağın sahil və mövcud neft nəqli kommünikasiyalarına yaxın yerləşməsi ilə izah olunur. Hazırda yatağın həmin hissəsinin konturları müəyyənləşdirilir, ehtiyatlar qiymətləndirilir. Quyuların dərinliyi təxminən 800 -1000 metrdir.

Bu ilin sonuna qədər ARDNŞ "Qərbi Abşeron" yatağının cənub hissəsində hasilat platforması quraşdırmaq niyyətindədir. Mütəxəssislərin fikrincə, yataqda təxminən 1,5 mln. ton şərti yanacaq var.

Xəbər lenti

Xəbər lenti