...

Statoil-un icraçı direktoru Bakıda danışıqlar aparır

Energetika Materials 2 May 2006 13:17 (UTC +04:00)

Statoil şirkətinin icraçı direktoru Helge Lund bu gündən Bakıdadır. Səfər mayın 3-nə kimi davam edəcək. Trend in verdiyi məlumata görə, bu barədə Statoil-un press-relizində bildirilir. Bu onun Azərbaycana ilk səfəridir. Bakıya səfəri zamanı X.Lund şirkətin ölkədə fəaliyyəti barədə son informasiyalarla tanış olacaq, dövlət məmurları və biznes üzrə tərəfdaşları ilə görüşəcək, eləcə də Xəzər dənizindəki dəniz platformalarından birinə səfər edəcək.

Azərbaycan bu şirkətin öz fəaliyyətini həyata keçirdiyi dünyanın 33 müxtəlif regionlarından biridir. "Bizim Azərbaycanda apardığımız əməliyyatlar gündəlikdəki əsas mövqelərdən birini təşkil edir və 2006-cı ildə həm bizim üçün, həm də Azərbaycan üçün mühüm əhəmiyyət malik olan hadisələrlə yadda qalıb. BTC boru kəmərinin istismara başlanması, "Şahdəniz"də hasilata başlanıldığı, Cənubi Qafqaz qaz kəmərinin işə salınması Statoil üçün çox mühümdür. Mən bizim Azərbaycandakı fəaliyyətimiz və layihələrimizlə bağlı son məlumatları səbirsizliklə gözləyirəm", - deyə X.Lund bildirib.

Şirkətin icraçı direktorunu səfərdə şirkətin vitse-prezidentləri Ryune Bornson (təbii qaz) və Reydar Yarum (korporativ əlaqələr) müşaiyət edir.

X.Lund (1962-ci il oktyabrın 16-da anadan olub) 2004-cü il avqustun 15-dən icraçı direktor vəzifəsini yerinə yetirir. Statoil-da işləməzdən əvvəl o, Aker Kverner ASA şirkətinin əvləlsə ispolnitelğnım direktorom kompanii icraçı direktoru olub. O, Stortrnqdə Mühəfizəkarlar partiyasının parlament qrupunun məsləhətçisi olub. Bergendəki iqtisadiyyat və işgüzar inzibatçılıq Norveç məktəbinin iqtisadçısı diplomuna malikdir.

Statoil 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdəndir. Bu gün Azərbaycan bu gün əhəmiyyətinə görə Statoil üçün dünyada mühüm yerlərdən birini tutur və bu şirkət Azərbaycanda ən böyük investorlardan biridir. 1992-ci ildən 2006-cı ilin birinci rübünə kimi şirkət ölkədəki fəaliyyətinə 2,81 milyard ABŞ dolları məbləğində investisiya qoyub.

Hazırda Statoil "Azəri"-"Çıraq"-"Günəşli" dən 8.6 faiz , "Şahdəniz"də 25.5 faiz , "Alov-Araz-Şərq" yatağında isə 15.0 faiz iştirak payına malikdir. Statoil Azərbaycan, Gürcüstan, Türkiyəyə qaz tədarük edəcək Azərbğaycan şirkətinin operatorudur, eləcə də Cənubi Qafqaz boru kəməri şirkətinin kommersiya operatorudur. Şirkət burada səhmlərin 25.5% -nə malikdir.

Xəbər lenti

Xəbər lenti