...

İranın nümayəndələri Bakıda gələcəkdə qazın svop tədarükünü müzakirə edəcəklər

Energetika Materials 10 May 2006 17:18 (UTC +04:00)

Mayın 15-də Naxçıvan MR-na svop qaz tədarükünü müzakirə etmək məqsədilə İranın nümayəndə heyəti Bakıya gələcək. Bu barədə "Trendə" "Azəriqaz" QSC-dən məlumat verilib.

Səfər mayın 10-da həyata keçirilməli idi. Lakin o, İran tərəfinin xahişi ilə başqa vaxta keçirilib. Görüşlər zamanı İrandan Naxçıvana verilən qaz, yanacaqla bağlı məsələlər müzakirə olunacaq.

"Azəriqaz" SC Naxçıvanın qazla təmin olunması üçün İrana qaz satışını müvəqqəti olaraq dayandırıb. Bu, hazırda Naxçıvanın qaz-nəqliyyat sisteminin inkişafı ilə bağlıdır və bu sistem İrandan tədarük olunan qazı qəbul etmək iqtidarında deyil. Bunun nəticəsində İranda Azərbaycandan daxil olan iri həcmdə qaz ehtiyatı toplanıb və bu qaz tədricən Naxçıvana veriləcək.

2006-zcı ildə "Azəriqaz" NMR-nın qazlaşdırılmasının ikinci mərhələsinə başlamağı planlaşdırır. Bunun üçün 145 mlrd. (köhnə) manat lazımdır. NMR-nın qazla təchlizatının birinci mərhələsinin dəyəri 360 mlrd. (köhnə) manat dəyərindədir. Bu layihənin həyata keçirilməsi üçün vəsaitin bir hissəsi (40%) ölkənin dövlət büdcəsindən ayrılıb. Digər hissə isə - 60% - "Azəriqaz"ın öz vəsaitləri ilə həyata keçirilir.

Lakin layihənin I mərhələsi çərçivəsində 25 min abunəçiyə qazın verilməsi planlaşdırılıb. 2006-cı ildə satış həcmi 250 mln. m3-ə qədər çatdırılacaq. 2007-ci ildə ildə 350 mln. m3 qazın tədarükü planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti