"Bizim öhdəmizə düşən hissədə Cənubi Qafqaz qaz kəmərinin tikintisi müəyyənləşdirilmiş qrafikə uyğun həyata keçirilir". Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.
Bu gün kəmərdə texniki qazın sıxışdırılıb aradan çıxarılması və sınaq işləri gedir. Bundan əlavə, təbii qaz kəmərə hissə-hissə doldurulur.
"Biz kəmərin təbii qazla doldurulmasını başa çatdırmaq üzrəyik. Sentyabrın 30-na qədər qaz Türkiyə ilə sərhədə çatdırılacaq" - deyə N.Əliyev vurğulayıb. Nazirin sözlərinə görə, Türkiyə o vaxt qazı alacaq ki, buna hazır olsun.