...

Lezzət Kiinov: "Kaşaqan" yatağında neft hasilatına 2008-ci ildə başlanacaq

Energetika Materials 7 İyun 2006 15:42 (UTC +04:00)

"Kaşaqan" yatağında neftin hasilatına 2008-ci ildə başlanılması planlaşdırılır. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Lezzət Kiinov Bakıda keçirilən "Xəzər hövzəsində neft-qaz əməliyyatlarının sabit inkiaşfı" adlı konfransda bəyan edib.

"Mən ona görə bu tarixi vurğulamaq istəyirəm ki, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri məhz həmin yataqdan alınacaq neftə güvənir" - deyə o bildirib.

Onun sözlərinə görə, hazırda "Kaşaqan"da 3 süni adanın tikintisi gedir ki, gələcəkdə məhz həmin adalardan neft hasilatı həyata keçiriləcək. Bundan əlavə, neftin sahilə çatdırılması üçün boru kəmərləri və digər infrastrukturun inşası gerçəkləşdirilir.

O qeyd edib ki, 2005-də Qazaxıstan təxminən 62 mln. tonn neft hasil edib ki, bunun 11,5 mln. tonu da neft emalı zavodlarında emal olunub. Neftin əsas hissəsi ixrac olunub. Neft məhsullarının keyfiyyətinin artırılması üçün hazırda Qazaxıstan öz neft emalı müəssisələrini müasirləşdirir" - deyə o vurğulayıb.

Eyni zamanda Qazaxıstan "Transneft" kəməri vasitəsilə neft nəqlinin genişləndirilməsi imkanları barədə şirkətlə danışıqlar aparır. Bundan əlavə, Xəzər Boru Kəməri Konsorsiumunun kəmərinin genişləndirilməsi də nəzərdə tutulub. Bu kəmərin layihə gücü ildə 67 mln. tondur, hazırda kəmər vasiətsilə 28 mln. ton neft nəql olunur. Kəmərin genişləndirilməsində müəyyən yubanmalar olub, lakin Qazaxıstan və Rusiya hökumətləri bütün səhmdarlar üçün məqbul olan orta məxrəcə gələ bilib.

Bundan əlavə, bir neçə gün əvvəl Qazaxıstandan Çinə çəkilmiş boru kəməri istismara verilib ki, həmin kəmərlə 10 mln. ton neftin nəqli nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti