...

"Şahdəniz" yatağından Azərbaycan, Gürcüstan və Türkiyə üçün qazın dəyəri elan edilib

Energetika Materials 7 İyun 2006 16:35 (UTC +04:00)

"Şahdəniz" yatağından Azərbaycan üçün qazın 1 min kubmetrinin dəyəri 58 ABŞ dolları, Gürcüstan üçün 1 kubmetrin dəyəri 63 ABŞ dolları, Türkiyə üçün 120 ABŞ dolları təşkil edəcək. Trend in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin xarici investisiyalar idarəsinin başçısı Vaqif Əliyev xəbər verib.

Onun sözlərinə görə, heç kim müqavilənin bağlanması zamanı qazın qiymətini qabaqcadan bilə bilməzdi. Bu zaman, müqaviləyə əsasən, müəyyən dövr ərzində qiymətlərin dəyişilməsi məsələsi, ümumiyyətlə, gözdən keçirilə bilməz. Bu sonradan danışıqların predmeti ola bilər. V.Əliyev qeyd edib ki, "Şahdəniz" yatağı bu qiymətlərlə də səmərəli deyil.

Hazırda Gürcüstan tərəfinin bu yataqdan əlavə qaz əldə etməsi məsələsi müzakirə olunur. V.Əliyev qeyd edib ki, əgər Türkiyənin Botaş şirkəti "Şahdəniz" yatağından ona tədarük edilən qazı qəbul etməyə hazır olmasa, bu baş verə bilər. O deyib: "Azərbaycanın bu qaza dair öz fikirləri var. Ölkə özü bu qazı əldə etmək niyyətindədir".

Xəbər lenti

Xəbər lenti