...

Bakıda Global Union Energy Ientures Ltd. şirkətinin ofisi açılıb

Energetika Materials 8 İyun 2006 15:29 (UTC +04:00)

Bakıda beynəlxalq energetika sənayesində ixtisaslaşan investisiya-məsləhət şirkəti olan Global Union Energy Ientures Ltd-nin ofisi açılıb. Trend agentliyinin məlumatına əsasən, şirkət energetika infrastrukturu layihələri çərçivəsində maliyyə məsləhəti və özəl işə düzəltmə ilə məşğul olur.

Şirkətin Şimali Afrika, Yaxın və Orta Şərq, Mərkəzi, Cənubi və Cənub-Şərqi Asiya regionlarında baza məntəqələləri var. Baş ofis Gibraltarda yerləşir. Global Union-nun İstanbul və Bakıda nümayəndəlikləri var. Yaxın vaxtlarda Bəhreyn və Delidə də analoji ofislər açılacaq. Əsas ofislərdən əlavə, şirkət Əlcazair, Tehran, İslamabal və Cakartada köməkçi qurumlara malikdir.

Şirkət Azərbaycanda əsasən dəniz və yer fəaliyyəti layihələri, nəqletmə və yükboşaltma bazalarının işinə yardım istiqamətində fəaliyyət göstərmək niyyətindədir. Bundan əlavə, Bakı ofisi bütün Xəzəryanı ölkələrin imkanlarını müəyyənləşdirəcək.

Xəbər lenti

Xəbər lenti