...

İsrail Azərbaycanın təklif edəcəyi həcmdə qaz almağa hazırdır

Energetika Materials 8 İyun 2006 19:19 (UTC +04:00)

İsrail Azərbaycanın təklif edəcəyi həcmdə qaz almağa hazırdır. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, iyunun 8-də İsrailin milli infrastruktur naziri Benyamin Ben-Eliezer Bakıda keçirilən mətbuat konfransında Xəzər dənizi qazının İsrailə mümkün nəqli barədə suala verərkən bildirib.

"Hələlik Azərbaycan qazını Aralıq dənizinə nəql edən kəmər yoxdur. Lakin mənim missiyam Azərbaycan və Türkiyənin diqqətini mövcud qaz kəmərlərindən birinin Ceyhan limanına qədər uzadılmasına yönəltməkdir" - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, bu məsələ onun Türkiyənin baş naziri Rəcəb Tayyip Erdoğanla danışıqların gündəliyinə də daxil edilmişdi.

Bununla yanaşı, İsrail naziri deyib ki, İsrailin daxili ehtiyaclarının ödənilməsi üçün tələb olunan 12 mln ton neftdən 2 mln tonu artıq Azərbaycandan ixrac olunur.

Xəbər lenti

Xəbər lenti