...

Heydər Əliyev adına NEZ butan- butilen fraksiyasının istehsalını azaldıb

Energetika Materials 22 İyun 2006 19:28 (UTC +04:00)

Cari ilin may ayında Heydər Əliyev adına neft emalı zavodu (keçmiş "Azərneftyanacaq") 12,76 min ton butan butilen fraksiyası istehsal edib. Bu barədə Trend ə Azərbaycanın Dövlət Neft Şirkətindən xəbər veriblər. Bu proqnozdan 0,75 min ton, yəni 5,5 % azdır. Bu ilin yanvar-may aylarında butan-butilen fraksiyasının istehsal həcmi 44,92 min ton təşkil edib. Bu pronozdan 4,62 min ton (11,5%), 2005-ci ildəkindən isə 4,50 min ton çoxdur.

2006-cı ilin may ayında, ötən aylarda olduğu kimi, bu müəssisədə propan-propilen fraksiyası istehsal olunmayıb. Ötən ilin yanvar-may aylarında propan- propilenin istehsal həcmi 0,48 min ton təşkil edib. Ötən il bu məhsulun istehsal həcmi 3,02 min ton olub.

Xəbər lenti

Xəbər lenti