...

"Azərenerji" əhalinin işıq pullarının ödənilməsində fəallaşdığını bildirir

Energetika Materials 18 İyul 2006 15:52 (UTC +04:00)

Enerji paylaşdırılması sistemində islahatlar proqramı işıq pullarının yığılması məsələlərilə sıx bağılıdır. Bu barədə, Trend agentliyi "Azərenerji"yə istinadən xəbər verir. Buna görə həmin məsələyə böyük diqqət ayrılır. Yerli ekspertlərə 100%-lik yığımı təmin etmək barədə tapşırıq verilib.

Bir çox rayonlarda bu istiqamətdə xeyli irəliləyiş var. Qəbələ Paylaşdırıcı Elektrik Şəbəkəsinin direktoru Fəxrəddin Əhmədovun sözlərinə görə, iyunda yığım 59% təşkil edib. Bunun 43%-i əhalinin payına düşüb. Ödəməyə rayon üzrə 16 min abunəçidən 11,5 minini cəlb etmək mümkün olub. Mayda isə yığım cəmi 30% təşkil edib, banka 9 min abunəçi müraciət edib.

Statistik məlumatları təhlil edən F.Əhmədov əhalinin ödəmədə fəal iştirak etdiyi bildirir. Birinci yarım ildə 1700 abunəçi artıq işıq pulunu ödəyib ki, bu da 6 min AZN-dən çoxdur. Bu - rayon üçün misilsiz göstəricidir, lakin hələ son deyil, çünki son zamanlar enerji təchizatında köklü dəyişiklik müşahidə olunur. "Əsas vəzifə - hər evin fasiləsiz olaraq elektrik enerjisilə təminatıdır" - deyə F.Əhmədov bildirib. Lakin bu məsələ işıq pullarının ödənilməsi problemilə paralel həll oluna bilər.

F. Əhmədov deyib ki, işıq pullarını ödəməyən şəxslərə qarşı hələlik ciddi tədbirlər tədbiq olunmur, sadəcə onlara müvafiq xəbərdarlıq edilir. Lakin yaxın vaxtlarda bəzilərinin işığının kəsilməsi mümkünlüyü də istisna deyil. Bununla yanaşı, prezidenti sərəncamına əsasən, aztəminatlı ailələrə güzəşt olunur və onlar işıq pulu ödəmir.

O həmçinin bildirib ki, yaxın vaxtlarda abunəçilərin təftişi başa çatacaq. Bundan sonra elektrik ötürücü sisteminin və ölçü cihazlarının tam dəyişdirilməsini nəzərdə tutan sayqacların quraşdırılması üzrə böyük miqyaslı proqrama start veriləcək.

Xəbər lenti

Xəbər lenti