...

Azərbaycan neftinin qiyməti kəskin aşağı düşüb

Energetika Materials 20 İyul 2006 13:20 (UTC +04:00)

İyulun 19-da bir barel AZERI LT FOB Ceyhan neftinin qiyməti $71,50 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $3,21 aşağı düşüb). Neft Ceyhan limanına Bakı-Tbilisi- Ceyhan (BTC) boru kəməri ilə çatdırılır.

Trend in xəbər verdiyi kimi, iyulun 19-da bir barel AZERI LT CIF Augusta neftinin qiyməti $72,69 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $3,21 aşağı düşüb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

İyulun 19-da bir barel URAL (EX-NOIO) neftinin qiyməti $65,84 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $3,75 aşağı düşüb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8%-ə qədərdir.

İyulun 19-da bir barel DTD neftinin qiyməti $71,50 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $3,26 aşağı düşüb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

"Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən Azeri Light növlü neftin "qərb" boru kəməri ilə dünya bazarlarına ixracına 1999-cu ildə Gürcüstanın Supsa limanından başlanıb.

Xəbər lenti

Xəbər lenti