...

"Azərenerji" iyulun sonuna qədər AYİB ilə kreditin imzalanmasını istisna etmir

Energetika Materials 20 İyul 2006 17:03 (UTC +04:00)

"Azərenerji" SC Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Mingəçevirdə Azərbaycan İES-nın bərpası üçünbu ayın sonuna qədər kredit sazişinin imzalanmasını istisna etməyib. Bu barədə, Trend agentliyinin "Azərenerji"yə istinadən yaydığı məlumata əsasən, SC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib.

Enerji bloklarının bərpası üzrə işlər gələn ilin birinci rübündə başlanacaq. Bu vaxta qədər isə məsləhətçi seçmək, tender keçirmək və baş podryatçını müəyyənləşdirmək lazımdır.

Hazırda layihə üzrə məsləhətçinin seçilməsi prosesi gedir. Tenderdə DECON və Iattenfall, Yaponiya-Almaniya TEPSCO və Fichtner şirkətlərinin alyansıları iştirak edir. Yaxın günlərdə tenderə yekun vurmaq planlaşdırılır. Lakin qalib seçildikdən sonra bank tərəfindən təsdiqlənməlidir.

8-ci illərdə tikilmiş AzİES Azərbaycanda ən böyük elektrik stansiyasıdır. Stansiyanın hər biri 300 MVt gücündə olan 8 enerji bloku var, lakin avadanlığın köhnəldiyi üçün stansiyanın gücü azalıb. Bu il "Azərenerji" Rusiyanın "Silovıye maşinı" şşirkətilə 5-ci enerji blokunun bərpasını həyata keçirib ki, bu da istehsal gücünün 330-340 MVt-a çatdırılmasına köməklik göstərəcək.

Layihə 7 enerji bloku, su toplayığı sistem və tüstü borusunun bərpasını nəzərdə tutur. Əvvəllər AYİB ilə danışıqlar aparılıb, lakin kreditin şərtləri Azərbaycanı qane etmirdi. Avropa Bankının prezidenti Jan Lemyerin Azərbaycana səfərindən sonra bank şərtlərini geri götürdü və danışıqlar davam etdirildi.

Xəbər lenti

Xəbər lenti